Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu tarix təsadüfi seçilməyib:

“Çünki sentyabrın 2-si qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi. Xankəndidə uzun müddət qondarma rejimin simvolu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi” binasının sökülməsi işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyinin bərpasının rəmzi kimi qiymətləndirilir”.
Ekspertin fikrincə, bu addım həm tarixi ədalətin bərpasını, həm də işğal dövründə qurulmuş saxta idarəetmə strukturlarının aradan qaldırılmasını simvollaşdırır.
“Eyni zamanda, söküntü azad edilmiş bölgələrdə normal həyatın və dövlət idarəetməsinin bərpası prosesinin başlanğıcını göstərir və bölgədə davamlı sülhün təmin olunması üçün atılan vacib addımlardan biridir”-deyə o, əlavə edib.
Şəbnəm Rəhimova












