Xankəndidə güclü partlayış

  • By admin
  • 29 May 2023 10:53

Gununsesi.info Moderator.az-a istinadən xəbər verir ki, separatçı nəşrləriin yaydığı məlumata görə, həmin gün saat 14:31-də  qanunsuz “fövqəladə hallar xidməti”nə Ə. Arakelyan küçəsi 1 ünvanında yerləşən qarajda partlayış baş verməsi haqda məlumat daxil olub.

“Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər  paytaxtın sakini G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıblar.

Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan “VAZ 21-06” və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib”, – deyə məlumatda bildirilir.

Gununsesi.info