“Bu gün tarixi gün yaşadıq. Heç vaxt seçicilərin belə həvəslə iştirakını görməmişdik”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı təəssüratlarını bölüşən zaman deyib.
O, bildirib ki, Azərbaycan uzun illərdən sonra azad, suveren torpaqlarında öz gələcəyinə, layiqli prezidentinə səs verdi:
“Bizim ən böyük arzumuz belə bir gündə Xankəndidə səs vermək idi. Bu gün Xankəndidə səs verən soydaşlarımıza yaxşı mənada paxıllıq edirik”.
Gununsesi.info