Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən bir avtomat silahı, bir pulemyot, beş qumbara, iki alışdırıcı, 10 patron darağı, 3 589 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.
Gununsesi.info