Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Gununsesi.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Gununsesi.info