Xankəndidə yanğın törədən şəxs həbs edildi

  • Müəllif: Firuzə
  • 28 İyul 2025 13:30

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.

Gununsesi.info