Xankəndidən Laçın istiqamətinə 6 avtomobil keçdi

  • By admin
  • 03 Yanvar 2023 10:22

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Gununsesi.info xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Məlumata görə, Xankəndidən Laçın istiqamətinə 6 avtomobil keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Xankəndi-Laçın yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə  keçirilən etiraz aksiyası 23 gündür davam edir.

Gununsesi.info