Xankəndində TƏXRİBAT: Rusiya-Azərbaycan birgə patrulu snayper atəşinə tutuldu

Xankəndində Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayper silahından atəşə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bir atəşkəs pozuntusu qeydə alınıb. Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patrulunu snayper silahından atəşə tutub”, – deyə məlumatda bildirilib.

Bu məlumata görə, itki yoxdur.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfinin nümayəndələri ilə birlikdə faktla bağlı araşdırma aparır”, – məlumatda deyilir.

Səid Əhmədli
Gununsesi.info