Xankəndinin dağıdılmış 37 məhəlləsi: Azərbaycanın qədim şəhəri barədə maraqlı FAKTLAR

Azərbaycanın bir günlük antiterror əməliyyatından sonra azad edilən Qarabağın ən gözəl şəhərlərindən biri olan Xankəndinin 36 məhəlləsi olub. Sonralar bu məntəqəyə sənətkarlar, tacirlər və digər peşə sahibləri köçüb, yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüyüb və genişlənib. Məhəllələr təkcə kütləvi yaşayış yerləri yox, həm də məişətimizi milli mədəniyyətin bir nümunəsinə çevirən ərazilər olub. yerli sakinlər ünvanları daha çox həmin məhəllə adları ilə tanıyıblar. Elə indinin özündə də şəhər sakinləri və yaxud sürücülər getmək istədiyiniz ünvanı filan məhəllədəki hər hansı bir obyektlə əlaqələndirəcək. Yerli sakinlər ünvanları daha çox həmin məhəllə adları ilə tanıyıblar.

Xankəndi şəhərinin 15 əsas məhəlləsi olsa da, 1918-1920-ci illərə qədər şəhər bir qədər böyüdüldü və məhəllələrin sayı 37-yə çatdı. Bu məhəllər sovet dövründə ermənilər tərəfindən “şəhərsalma” adı ilə məhv edilib. İnsanlar ordan zorla köçürülüb, ermənilər yerləşdirilib və xalqımıza məxsus, Xan ailəsinə məxsus abidələr, maddi və qeyri maddi irs nünumələri dağıdılıb. Azərbaycan kimliyini, Qarabağ xanlığına məxsus dəyərləri silmək üçün ermənilər illər boyu Sovetlərin köməyi ilə həyata keçiriliblər.

Bunun ardınca ermənilər əldə etdikləri şəhərlərin, kəndlərin simasını dəyişdirməyə başladılar. 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi olan Levon Mirzoyan (1926-1929-cu illər) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Aleksandr Tumanyan adlı bir memarı dəvət edir. Bu da Azərbaycanın tarixinə məxsus qədim adları və tikililəri, məhəlləri və sairəni tarixdən silmək üçün plan hazırlayır.

Sovetlərdə hakimiyyətdə olan dəstəkçilərinin göz yumduğu təyziqlər edilib. Dədə baba yerlərindən köçürülməsi üçün ermənilər:

Azərbaycanlıların ictimai nəqliyyatdan istifadəsinə əngəllər yaradılıb. Şəxsi nəqliyyatları qeydiyyada almayıblar.

Şəhərin ərzaq mağazalarında işləyən azərbaycanlılara ərzaq satılmaması üçün göstəriş verilib.

Xankəndi şəhərində yaşayan azərbaycanlıların mənzillərinə gedən telefon xətləri kəsilib.

Yüksək vəzifə tutan azərbaycanlılar müxtəlif bəhanələrlə işdən azad olunub, bəzi hallarda isə şərlənərək həbs ediliblər.

Xankəndi şəhərində yaşayan, əslən bu torpaqdan olan 16 min nəfərin adı qəsdən siyahıya salınmayıb demoqrafik statistika və əhalinin sayının müəyyənləşdirilməsi prosesində və s.

Dağılmış və məhv edilmiş məhəllər barəsində qısa da olsa diqqətinizə çatdırmaq istəyirəm

Aşağı məhəllə

Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi.

Biləndərlilər məhəlləsi

Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir. Məhəllədə 70-dən çox ev var. SSRİ dönəmində məhəllə sakinlərinin 75%-i azərilər olmuşdur. Məhəllə Yağlıtəpənin yamaclarında yerləşir. Burada Biləndərlilər tayfasının nümayəndələri yaşadıqları üçün, Biləndərlilər məhəlləsi adlandırılıb. Qeyd edək ki, Biləndərli tayfası ərəb mənşəlidir. Onlar Qarabağ və Şirvan mahalına 11-ci əsrdə köç ediblər. Çox güman ki, bu tayfa ilk dəfə Qarabağın bu ərazisində məskunlaşmışdırlar.

Böyükbazar məhəlləsi

Xankəndinin kənarında yerləşən bu məhəllə XII əsrdə yaranmışdır. Əhalisinin çox hissəsi Şuşalılar, Kərkicahanlılar, Kosalarlılar və Laçınlılar olmuşdur. Məhəllədə 1 bazar, 2 məscid (Alış və Böyükbazar məscidləri), 1 mədrəsə, 3 hamamxana, 1 gümbəz var idi. İşğal zamanı məscidlərdən biri partladılmışdır.

Xarratlar məhəlləsi

Xarratlar məhəlləsi XIII əsrdə salınıb. Adından da bəlli olduğu kimi, burada xarratlar, sənətkarlar yaşayırdılar. Məhəllə əvvəllər Kərkicahana aid idi. Lakin sonradan məhəllə ərazisi Xankəndi şəhərinin tərkibinə salındı. Məhəllədə Xərrat usta Qulu məscidi vardır.

Qoyqəşəm məhəlləsi

Bu məhəllə Xankəndinin ən kiçik məhəlləsi kimi məşhurdur. Digər məhəllələrdən fərqli olaraq, bu məhəllədə kümbəz yoxdur. Məhəllədə Qoyqəşəm qəbiristanlığı (qəbiristanlığdakı ən qədim qəbirlər V əsrə aiddir), X əsrə aid məscid, Qoşabulaq bulağı vardır. Qoyqəşəm məhəlləsi Qayabaşı və Saatlı məhəllələrinin arasında yerləşir.

Məcidli məhəlləsi

Mərkəzdə yerləşirdi. Burada ilk yaşayış məskəninin tarixi XIII əsrə aiddir. Burada 41 ev, 1 hamam, 1 mədrəsə və Məcidli məscidi var idi. Təxmini olaraq 200 nəfərdən çox əhali bu məhəllədə yaşayırdı. Digərlərində olduğu kimi, bu məhəllədəki qədimi mülklərdə hazırda Ermənistan işğalçı rejimi tərəfindən məhv edilir.

Saatlı məhəlləsi

Saatlı Məhəlləsi Xankəndinin ən cavan məhəllələrindən biri kimi tanınır. 1918-ci ildə məhəllədə 30 ev, 1 məscid, 2 hamamxana, 2 misgərlik emalatxanası, 1 kümbəz və s. mövcud olmuşdur.

Seyid Məhəmməd məhəlləsi

Seydid Məhəmməd Məhəlləsi Xankəndinin cənubunda, Qarqarçayın sahilində yerləşir. Məhəllədə ilkin yaşayış II əsrə təsadüf etmişdir. Əvvəllər bu məhəllənin adı olub. Lakin XIX əsrin sonlarında bu məhəllədə insanlara yardım edən, şəfa göstərən Məhəmməd adlı şəxs bu məhəlləyə köçür. Vəfat edəndə onun şərəfinə məhəllənin adı Seyid Məhəmməd məhəlləsi adlandırılır. XX əsrin əvvəllərində burada 49 ev mövcud idi.

Şingədan məhəlləsi

1700-cü ildə yaranmışdır. Buranın sakinləri əsasən tacirlər olub. Məhəllənin adı sonradan dəyişdirilərək “Tacirlər Məhəlləsi” qoyulmuşdur. Xankəndidə 40-dan çox məhəllə mövcuddur. Bu məhəllə mərkəzi hissədə yerləşir. Burada 13 kümbəz və 42 ev mövcuddur.

Poylu məhəlləsi

Əvvəllər Kərkicahana aid olub. Lakin SSRİ dönəmində Xankəndi şəhərinin daha da genişləndirilməsi üçün Kərkicahan, Cəmilli, Bəhlul, Yavərli, Malıbəyli ərazilərindən torpaqlar Xankəndinin tərkibinə salındı. Poylu məhəlləsində ilkin yaşayış IV əsrə təsadüf etmişdir.

Tacirlər (Bazar) məhəlləsi

Bu məhəllədə ilkin yaşayış XV əsrin əvvəllərindən mövcud olmuşdur. Vaxtilə bu ərazilərdən filiz yatağı tapılmışdır. O dönəmin tacirləri də bu ərazilərdə bağ, daimi ev və s. qururdular. Çox güman ki, hal-hazırda da, burada filiz yatağı mövcuddur. Məhəllədə 1918-ci ildə 5 kümbəz, 3 məscid, 51 ev, 4 hamamxana mövcud olmuşdur. Hal-hazırda bu ərazidə 2 küçə, 2 prospekt vardır. Məhəllənin aşağısından isə çay axır.

Yazarlar və tarzənlər məhəlləsi

Məhəllədə ilkin yaşayış XVIII əsrə təsadüf etmişdir. Qarabağ xanlığı dönəmində Pənahəli xan qərar vermişdi ki, Qarabağın bütün yazıçılarına, tarzənlərinə, musiqiçilərinə bağ evləri bu məhəllədən verildi. Məhəllə ərazisində 1 gümbəz, 1 hamamxana mövcud idi.

Mərkəzşəhər məhəllə — Qara Hüseyn məscidi

Mahallı məhəlləsi — 2 kümbəz

Ağa məhəlləsi — Böyük Pir ziyarətgahı

Xanbağı məhəlləsi — Xəlifə İbrahim Vəlullah ocağı

Yuxarı məhəllə —Yaşıl məscid

Dağ məhəllə

Balqar məhəlləsi

Üçyol Qurdları məhəlləsi

Məşədi Əsədulla məhəlləsi — Kərki ocağı

Qayabaşı məhəlləsi — Siyafur məscidi

Zəngəzurlular məhəlləsi — İmam Əli məscidi

Ozan məhəlləsi

Qala məhəlləsi — Qala piri

Təzə məhəllə —

Çaparxanlı məhəlləsi — Otludərə məbədi

Orta məhəllə — Ərminavan məscidi

Zadəganlar məhəlləsi — Əyrıdam məscidi

Qarqar (Çayqıraqlılar) məhəlləsi — Çaykənarı məscidi

Cüdürxan məhəlləsi — Mirzələr məscidi

Alakeşlər məhəlləsi — Kiçik məscid

Allahgərək məhəlləsi

Kotanqaya məhəlləsi — 2 kümbəz

Böyük məhəllə — Səmirabad məscidi

Kiçik məhəllə — Sarı məscid

Qabıcıq-Hökmavar məhəlləsi — Yurdyer məscidi

Tarixçi alim, tədqiqatçı Faiq İsmayılov yazır:

“Müxtəlif şəhərlərdən Xankəndinə köçürülən ermənilərin sayının sürətlə artması bölgədə yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu problem ermənilərin Xankəndi şəhərində apardığı “yenidən qurulma” siyasətinin işə düşməsinə səbəb oldu. Bu faciəvi “yenidən qurulma” planı zamanı Xankəndi şəhərində yerləşən azərbaycanlılara məxsus qədim memarlıq abidələri, yaşayış evləri və inzibati binalar “köhnəliyin” əlaməti kimi dəyərləndirilərək kütləvi şəkildə söküldü. Şəhərin bəzəyi sayılan 37 məhəllə sökülərək ləğv edildi. Eyni zamanda, bütün tarixi-mədəniyyət abidələri, 15 məscid, 17 türbə, 5 ziyarətgah, 2 məbəd, 15 məhəllə və qəbiristanlıqlar xüsusi vəhşiliklə dağıdıldı”.

Hesab edirəm ki, mütləq yenidən Xankəndinin əsl məhəllərinin adı özünə qaytarılmalıdır. Bunun üçün sadəcə peşəkar mütəxisslər dəvət edilməlidir.

Zaur Əliyev, dosent

Gununsesi.info