“Xankəndinin dağılmasından qorxmaq lazım deyil” - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 25 Oktyabr 2020 10:44
Gununsesi.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
 
– Qüdrət bəy, Ermənistanın döyüşlərə xarici ölkələrdən PKK daxil olmaqla çoxlu muzdlu döyüşçülər cəlb etməsi, xarici dövlətlərin onlara müasir silah-sursat ötürməklə yardım etməsi barədə təkzib edilməsi mümükün olmayan məlumatlar var. Belə bir vəziyyət müharibənin uzanmasına səbəb ola bilərmi?
– Müharibənin tez başa çatması üçün Azərbaycan əsas qüvvələri Xankəndinin terrorçulardan təmizlənməsinə yönəltməlidir. Beynəlxalq təcrübə də bunu deyir. Bu zaman düşmənin müqavimətin qırmaq üçün arsenalımızda olan bütün dağıdıcı silahlardan istifadə etməliyik. Necə ki, Rusiya Qroznunun alınması üçün bunu etdi. Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil. Rusiya Qroznunu bərpa etdiyi kimi biz də inşallah Xankəndini bərpa edərik. Xankəndi Ordumuzun nəzarətinə keçməyənə qədər ermənilər müqavimət göstərməyə çalışacaq. Bu isə müharibənin uzanması və itkilər deməkdir.
 
– Ermənistana edilən köməyin nəticəsi olaraq müharibə uzanarsa, biz Türkiyə və Pakistandan əsgəri yardım istəyə bilərikmi?
– BMT Nizamnəməsinin 51-ci maddəsinə görə bizim kollektiv müdafiə olunmaq hüququmuz var və Azərbaycan istənilən vaxt bunu edə bilər. Ermənistana açıq əsgəri yardım edilmədiyi üçün hələlik buna ehtiyac yoxdur. Allahın köməkliyi ilə tezliklə Şanlı Ordumuz Qarabağı işğaldan azad edəcək. Biz Türkiyə və Pakistana verdikləri siyasi, diplomatik dəstəyə görə çox minnətdarıq. Onların prinsipial dəstəyi bəzi dövlətləri açıq formada müharibəyə qatılmaqdan, əleyhimizə sərt bəyanatlar verməkdən  çəkindirir. Bizim memarlar  Bakının ən gözəl yerində Türkiyə, Pakistan, Azərbaycan dostluğunu və qardaşlığını təcəssüm etdirəcək  İlham Əliyevin, Rəcəb Təyyub Ərdoğanın və İmran Xanının abidələrinin də yüksəldiləcəyi kompleksin layihələrini indidən hazırlasınlar.
Gununsesi.info