Xankəndiyə kütləvi köç barədə deyilənlər yalandır- - "QAÇQİNKOM"

  • By admin
  • 24 Oktyabr 2023 15:14

“Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan məlumatlar yayılıb”.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin açıqlamasında bildrilir.

Komitənin açıqlamasında qeyd olunur ki, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur:

“Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır. Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

 

Afət Abbasova

Gununsesi.info