Xankəndidə təşviş: separatçı rejimin ləğvi prosesi başlanır

  • By admin
  • 28 Dekabr 2021 15:44

Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycanın Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejimdə fövqəladə vəziyyət yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Qəzet yazır ki, Qarabağdakı separatçı-terrorçu rejimlə yanaşı, “müxalifət” olan siyasətçilər də Ermənistan rəhbərliyinə qarşı üsyan qaldırıb: “İndi əsas müzakirə mövzusu budur ki, Araik Arutunyunyan Paşinyanın Qarabağdan imtina prosesini sona çatdıracaq, yoxsa mübarizə aparacaq”.

Qəzet Qarabağdakı separatçı-terrorçu rejimin daxilində baş verən proseslərə də diqqət çəkib.

“Ötən ilin sonlarında Paşinyan Samvel Babayan vasitəsilə (qondarma rejimin keçmiş “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi) Araik Arutyunyanı “hakimiyyətdən” uzaqlaşdırmaq proqramını həyata keçirməyə başlayıb. Babayan əvvəlcə “büdcə”nin qəbuluna, sonra isə “prezidenti” (qondarma rejimin rəhbəri) impiçment elan etməyə çalışdı. Prosesin hədəfi belə idi ki, “arsax” subyektivliyini itirəcək və daha “prezident” seçə bilməyəcəkdi. Araik Arutyunyan bu plandan xəbər tutdu və birinci mərhələsinin qarşısını ala bildi. Lakin tezliklə prosesin ikinci mərhələsi olacaq. Arutyunyana qarşı etirazlar təşkil olunacağı istisna deyil”, – qəzet yazır.

Gununsesi.info