Xankəndində azərbaycanlıların məzarları belə dağıdılır - VİDEO

  • By admin
  • 16 Oktyabr 2022 19:05

Ermənilər azərbaycanlılara məxsus məzarları dağıdır.

Gununsesi.info xəbər verir ki, erməni istifadəçinin “TikTok” sosial şəbəkəsində paylaşdığı kadrlarda yük maşınının azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını qəsdən sökdüyü görünür, bu da növbəti erməni vəhşiliyinin nümunəsidir.

Ekspertlər artıq görüntülərin çəkildiyi ərazini də müəyyənləşdiriblər. Qəbirlərin Xankəndi yaxınlığında, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşdiyi bildirilib.

Gununsesi.info