Xankəndində qiyam: Araik İrəvana qaçdı

  • By admin
  • 10 Oktyabr 2022 10:29

Praqa görüşündən sonra Xankəndində bir qrup erməninin başlatdığı asksiya müəyyən fasilələrlə davam edir.

Gununsesi.info xəbər verir ki, aksiya dünən axşam saatlarında yenidən keçirilib.

Ermənilər baş separatçı Araik Arutyunyandan Praqa görüşünün yekun bəyanatına və Prezident İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır, bunu qəbul etməyənlər yaşamaq üçün başqa yer seçə bilərlər” açıqlamasına izah verməsini istəyir.

Aksiya iştirakçıları Arutyunyanın və separatçı rejimin qaçacağını hesab edirlər.

“Araik başda olmaqla onların əksəriyyəti pul aludəçisidir, vəziyyət çətinləşən kimi ya satılacaqlar, ya da qaçıb gedəcəklər. Heç kim zəmanət verə bilməz ki, Araik pulla alınmayacaq”, – etirazçılar deyir.

Məlumatlara görə, A.Arutyunyan məsləhətləşmələr üçün İrəvana gedib. Xankəndindəki etirazçılar onun qayıtmasını və cavab verməsini gözləyirlər.

Ermənistan mediasında artıq Xankəndində qiyamın ola biləcəyi haqda fikirlər də yer alır.

Gununsesi.info