Xankəndindəki separatçılar qüvvələri birləşdirir

  • By admin
  • 21 Sentyabr 2022 10:36

Xankəndində qalan separatçı-terrorçu rejim mövcudluğunu qorumaq məqsədilə bütün qüvvələri birləşdirir.

Gununsesi.info xəbər verir ki, baş separatçı Araik Arutyunyan qondarma “prezident yanında siyasi şura” yaratmaq istədiklərini elan edib.

Ermənistan mediasının məlumatına görə, bu “siyasi şuraya” separatçı rejimin əvvəlki “rəhbərləri” – Bako Saakyan, Arkadi Quqasyan, eləcə də “müxalifət” adı altında fəaliyyət göstərən qondarma “patiyaların” nümayəndələri daxil olacaq.

Separatçı rejimin bu addımının bir neçə səbəbi var.

Birincisi, onların mövcudluğu sual altındadır: Azərbaycan heç bir “status” verməyəcəyini elan edib, lakin son proseslər, sərhəddə yaşananlar, eləcə də Cənubi Qafqaz üzərində geosiyasi mübarizə Xankəndindəki terrorçu rejimin ləğvi perspektivini daha da yaxınlaşdırır; bu vəziyyətdə separatçılar bütün qüvvələri birləşdirmək gedişi etməklə gələcək mövcudluqlarını saxlamaq üçün nəsə etməyə çalışır;

İkincisi, Araik Arutyunyan məsuliyyəti paylaşmaq niyyətindədir: separatçı rejimin ləğvi prosesində əsas günahkar kimi onu göstərəcəklərini anlayan Araik keçmiş “qlavarlar” və “müxalifət” də daxil olmaqla məsuliyyəti məhz onlarla bölüşməyi planlayır.

Gununsesi.info