Xanlar Vəliyev niyə təqaüdə getmir?-HƏRBİ PROKUROR HƏR İL VAXTINI UZATDIRIR

Xanlar Vəliyev niyə təqaüdə getmir?

xanlar

Azərbaycanda yüksək dövlət vəzifəsini tutan bəzi şəxslərin tutduqları postu buraxmamaq istəkləri, əbədi vəzifə sahibi olmaları “ənənə”yə çevrilib.

Gununsesi.info xəbər verir ki, sanki bu şəxslər üçün vəzifən getmə həyatla vidalaşmaq deməkdir. Belələrindən biri də baş prokurorun müavini , ölkənin hərbi prokuroru vəzifəsini tutan Xanlar Vəliyevdir.

60 yaşını keçən Xanlar Vəliyevin təqaüd yaşı ötsə də, hər il vəzifədə qalması üçün möhlət alır.

İldə bir dəfə əmək fəaliyyətini uzatdıran Xanlar Vəliyevin deyəsən, istirahət etmək niyyəti yoxdur.

Gununsesi.info

 

COMMENTS