“Xaricdə 535 vətəndaşımız koronavirusdan ölüb” - ÇAVUŞOĞLU

  • By admin
  • 19 May 2020 09:46

“Pandemiya dövrü başlayandan bəri xarici ölkələrdə 535 vətəndaşımız yeni növ koronavirusun qurbanı olub, onların 438-nin cənazəsini ölkəyə gətirdik”.

Gununsesi.org-un xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada yayımlanan “Kanal V” televiziyasında qonaq olarkən bu fikirləri bildirib.

Nazir deyib ki, xaricdə əsasən Avropa ölkələrində olan Türkiyə vətəndaşları koronavirusdan ölüb. Çavuşoğlu indiyədək 115 ölkədən 70 minə yaxın Türkiyə vətəndaşının ölkəyə gətirildiyini qeyd edib.

 

 

Gununsesi.org