Boşanma zamanı kəsilən aliment bəzən problemlərə yol açır.
Bəs bu halda nə etməli?
Məsələn, əgər aliment verən ata yaşamaq üçün xaricə köçübsə, prosedur necədir?
Bu barədə hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya danışıb.
O, bu barədə deyib:
“Əgər aliment ödəyən ata yaşayış yerini dəyişərək xaricə köçürsə, aranızda saziş yoxdursa, bu zaman o, uşağın 18 yaşına çatana qədər ödəyəcəyi sabit bir məbləği ödəməlidir. Məsələn, 10 min, 20 min. Bu məbləğ məhkəmə tərəfindən müəyyən olunur. Yaxud da, hər hansısa bir əmlakı övladına verə bilər”.
Orxan













