Xaricdə oxuyan tələbələrə 188.4 milyon manat xərclənib

  • By admin
  • 20 İyun 2017 15:44

4103461_r

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə cəmi 3302 tələbə təhsil ala bilib. 

İqtisadçı ekspert Qalib Toğrul Gununsesi.info-ya açıqlamasında bildirdi ki, 2016-cı ildə ARDNF-dən Dövlət proqramının maliyyələşdirilməsinə 31,6 milyon manat vəsait ayrılıb: “31 dekabr 2016-cı il tarixinə ARDNFnin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 302 nəfər təşkil edir, onlardan 1 404 nəfər artıq məzun olub”.

Onun sözlərinə görə, proqram çərçivəsində oxuyanların  çoxu bakalavr və magizstr təhsili alanlardır: “Onların 79%-i bakalavr və ya magistr dərəcələri üzrə təhsil alıb-bakalavrların sayı 1 180, magistrlər isə 1 430 olub. 692 tələbənin doktorantura və ya ali tibb dərəcələri üzrə təhsili maliyyələşdirilib”.

2008-2016-cı illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 188,4 milyon manat məbləğində vəsait ayrılıb.

Proqram üzrə 1 898 tələbə təhsil almaqdadır, ən son məzunların isə 2021-ci ildə universitetləri bitirmələri gözlənilir. 

Vüsalə Rüstəmova 

Gununsesi.info