
Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər məlum olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallara cavab verilərkən bildirilib.
Bildirilib ki, ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının 2-ci mərhələsində) iştirak etməyən və ya iştirak edib xarici ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi (attestat) əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:
2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.
Qeyd: Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsi müəssisələrinə dəyişməsi yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.