Xaricdə təhsil alanların nəzərinə! – Bu halda diplomunuz tanınmayacaq

Son zamanlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) statistik göstəricilər açıqlayır ki, bəzi universitetlərin diplomu ölkədə tanınmır və Təhsil Nazirliyi onu təsdiq etmir.

Bu, da hazırki dönəmdə xaricdə təhsil almaq istəyində olan gənclər üçün şübhə yaradır. Onlar rəsmi şəkildə hansı xarici universitetdə oxuyacaqları ilə bağlı tərəddüd yaşayırlar.

HTML tutorial

Belə məqamda xaricdə təhsil almaq istəyənlər nəyə diqqət etməlidir?

Gununsesi.info xəbər verir ki, Gəncliyin Elmi-Mədəni İnkişaf  Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi ona istinadən məlumat verir ki, keçmişdə 1993-2005 ci ilə qədər ölkəmizdə fəaliyyət göstərən bəzi xarici universitetlərin filialları var idi. Onlar da əsasən Rusiya universitetləri olub və bəzilərinə lisenziya verilib, digərlərinə yox. Lisenziya verilməyən universitetlərdən diplom alan insanlar Təhsil Nazirliyinə  müraciət etdikdə onu nostrifikasiya eləməkdən imtina edir. Mətbuatda yazılanda elə görünür ki, bu universitetlər ümumiyyətlə tanınmır.

Biz görürük ki, ən çox Rusiyanın Dağıstan vilayətindən və başqa əyalətlərdən gələn tələbələr orda adlarını universitetə yazdırıb oxuyurlar. Xaricdə yerləşən ali təhsil müəssisəsi 3 amilə görə tanınmaya bilər. Birincisi, həmin ölkədə onun ümumiyyətlə ali təhsil vermək üçün lisenziyası olmur. İkincisi, ali təhsil üçün lisenziyası olur, amma xarici tələbə götürmək, xarici vətəndaşı qəbul etmək üçün lisenziya olmalıdır ki, o da olmur. Bu halda da tələbə universiteti bitirir, sonra Təhsil Nazirliyinə sənəd verəndə  bu, keçmir. Çünki həmin universitetin təhsil verən zaman, yaxud müəyyən müddətdən sonra xarici lisenziyası olmayıb, yaxud lisenziyası olubsa da alınıb. Buna görə də diplomlar tanınmır”.

Sərdar Yusifoğlu bildirib ki, bəzən tələbələrdə rəsmi qurumları aldatmağa çalışır:

“Tanınmamağa səbəb olan mühüm məsələlərdən biri odur ki, tələbələrin çoxu, yəni müraciət edənlər hansısa əyalətlərdə adlarını yazdırırlar, 4-5 il oxuduqdan sonra gətirirlər ki, narahat olmayın hamısını özümüz həll etmişik. Gəlir, universitetin lisenziyası var, xarici tələbəyə təhsil vermək üçün lisenziyası var. Amma tələbə qiyabi və əyani şöbədə təhsil müddətində həmin ölkədə olmayıb. Təhsil Nazirliyi də sorğu göndərir, Sərhəd Qoşunları da məlumat verir ki, bu şəxs ölkədən heç vaxt çıxmayıb və yaxud təhsil aldığı ölkəyə heç getməyib. Həmin ölkənin miqrasiya idarəsinə  də məktub göndərilir. Bunlardan da keçməyəndə avtomatik olaraq diplom tanınmayan hala gəlir”.