Xaricdə tibb təhsili alanların nəzərinə

MDB ölkələri və Ukraynada tibb təhsili almış şəxslərin diplomunun tanınması üçün imtahan keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası qərar qəbul edib.

HTML tutorial

Sənəd qəbulu noyabrın 11-dən dekabrın 1-dək davam edəcək.

Qeyd edək ki, bu qərar 2011-ci ildən tibb təhsilində rezidentura səviyyəsi tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərə aiddir.

İxtisaslar üzrə sual topluları Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Sual topluları ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:

Anesteziologiya-reanimatologiya

Daxili xəstəliklər

Dermatovenerologiya

Kardiologiya

Qastroenterologiya

Mamalıq-ginekologiya

Nevrologiya

Neyrocərrahiyyə

Oftalmologiya

Onkologiya

Ortodontiya

Otorinolarinqologiya

Pediatriya

Plastik cərrahiyyə

Travmatologiya-ortopediya

Urologiya

Ümumi cərrahiyyə

Ürək damar cərrahiyyəsi

Şua diaqnostikası

Psixiatriya

Neonatologiya Endokrinologiya

İmtahanın nəticəsi barədə məlumatı imtahan keçirildiyi gündə elektron səhiyyə portalında “Şəxsi kabinet” vasitəsi ilə əldə etmək mümkün olacaq. İmtahanın nəticələrindən narazı qalan iştirakçıların müraciətlərinə onların iştirakı ilə Komissiya tərəfindən baxılacaq.

İmtahanda uğur qazanmış şəxslər göndəriş verilməklə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurslara cəlb ediləcəklər. Kursu bitirən şəxslərə Komissiyanın qərarı əsasında Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə təqdim olunacaq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrinə müqavilə əsasında 1 (bir) il müddətinə iş yerinə göndəriş veriləcək.

Ərizə qəbulu bitdikdən sonra ixtisaslar üzrə imtahan tarixləri barədə əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Qeyd edək ki, bu tədbirlər müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təkliflərinin qüvvəyə minməsinə qədərdir.

Gununsesi.info