Xaricdə yaşayan azərbaycanlılara MÜJDƏ: “ASAN xidmət” onlara da hüquqi xidmət göstərəcək

  • By admin
  • 19 Dekabr 2019 14:24

“Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diaspora ilə iş üzrə Dövlət Komitəsi arasında imzalanan razılaşma üzərində iş aparılır”.

Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu razılaşma xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına lazımi hüquqi xidmətlərin göstərilməsi ilə bağlıdır: “Komitənin təqdim etdiyi təkliflər əsasında “ASAN xidmət” həmin ölkələrdəki vətəndaşlarımıza xidmət göstərəcək. Diasporla iş üzrə Dövlət Komitəsi hansı ölkələrin siyahısını verəcəksə, o ölkələrdə də hüquqi xidmət göstərəcəyik. Bildiyiniz kimi, azərbaycanlılar ən çox Türkiyə və Rusiyada yaşayır. Yəqin ki, xidmət göstərilməsinə də ilk olaraq həmin ölkələrdən başlanılacaq”.

Gununsesi.org