
Gununsesi.info Editor.az Azərbaycanı xaricdə təmsil edən diplomat, diaspor nümayəndələri, iş adamlarının həyat və fəaliyyətindən bəhs edən “Xaricdəki Elçilərimiz” rubrikasını davam etdirir. Bu dəfə Türkiyə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimovun fəaliyyətindən söz açacağıq.
DOSYE:
6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 25 ölkədə ofisi var. Şirkətin tabeliyində 30 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
“Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
MÜBARİZ MƏNSİMOV ƏSLİNDƏ KİMDİR?
Mübariz Mənsimov uzun illərdir Azərbaycandan kənarda yaşayıb işləməsinə, başqa ölkənin vətəndaşı olmasına baxmayaraq, hər cümləsinə “Azərbaycan” sözü ilə başlayan, ürəyi Azərbaycan eşqi ilə döyünən, ermənilərə sonsuz nifrət bəsləyən həmyerlimizdir. Mübariz Mənsimovun ailəsində 7 şəhid və ən yaşlısı 21 yaşında olub. Qarabağın işğalı ilə heç cürə barışmayan Mübariz Mənsimovun tarixi bir bəyanatı var: ”Şirkətimdə üçüncü nəsil erməninin olduğunu eşitsəm, dərhal qovaram”.
Mübariz Mənsimov Azərbaycan bayrağı olmayan tədbirə ayağını basmaz! Erməni terroru sənədli filmini bütün Türkiyə TV-lərində yayan, Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxaran, Bodrumun mərkəzində Qız Qalası inşa etdirən, İstanbulun ən mərkəzi yerlərində Azərbaycan parkları saldıran da Mübariz Mənsimovdur!
Neçə-neçə sənət nümayəndələrini, o cümlədən imkanı olmayan sadə adamların müalicəsini, indiyədək Türkiyənin ali təhsil ocaqlarında təhsil alan 18 min tələbənin təhsil haqqını şəxsi vəsaitinə ödəyən, şəhid ailələrinə, əlillərə, yaradıcı adamlara yardım göstərən Vətən qarşısında xidmət göstərmiş bir çox adamların övladlarını mənzillə təmin edən də məhz bu həmyerlimizdir!
“Palmali” şirkətinin 25 ölkədə fəaliyyət göstərən ofislərində Azərbaycan bayrağlarını dalğalandıran, sifariş etdiyi gəmilərinə Azərbaycanın siyasi, dövlət, ictimai, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsində xidmət göstərmiş və Vətən uğrundə şəhid olmuş qəramanlarımızın adlarını verən də məhz Mübariz Mənsimovdur!
Mübariz Mənsimov uzun illərdir Azərbaycandan kənarda yaşamasına və başqa ölkənin vətəndaşı olmasına baxmayaraq, daima Azərbaycan dövlətçiliyinin, Prezidentinin yanında olub və bunu heç kəsi, heç nəyi gözləmədən daima açıq şəkildə ortaya qoyub. Azərbaycanda 2018-ci ilin 11 aprelində keçirilən Prezident seçkilərinin nəticələrinin açıqlanmasında bir neçə saat sonra Mübariz Mənsimov Prezident İlham Əliyevə məktub göndərərək, onu təbrik edir:
“Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi Palmali Şirkətlər Qrupunun çoxminli kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Bu şəksiz qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Bu təmiz və şəffaf qələbə Azərbaycan xalqının Sizə olan inamının qələbəsidir. Bu qədirbilən xalqımızın Sizə olan etimadının qələbəsidir. Bu böyük qələbə ulu öndər Heydər Əliyev fəlsəfəsinin təntənəsidir.
Dəfələrlə bəyan etdiyim kimi, mən və mənim komandam, Palmalidə çalışanların hamısı hər zaman, hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq. Güclü və firavan Azərbaycan, xoşbəxt sabahımız, Qarabağımız naminə Sizə cansağlığı, uzun ömür arzulayırıq. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik”.
Belə bir tərcümeyi hala, həyat fəlsəfəsinə sahib olan M. Mənsimovun müflis olduğu haqda qara kampaniya aparmağın, buna sevinməyin hansı maraqlara xidmət etdiyinə qiymət verməyi isə dəyərli oxucularımızın ixtiyarına buraxırıq…