Xaricdə oxuyan tələbələrlə müqavilə imzalansın - Deputat deyir ki, onlar ölkəyə qayıtmır

  • By admin
  • 12 İyun 2018 15:57

Картинки по запросу siyavuş novruzov kimdir

Xaricdə təhsil alan tələbələrlə baglı hesabat verilməlidir ki, bu gün onlardan neçə faizi Azərbaycana dönüb xalqına xidmət edir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə deputat Siyavuş Novruzov səsləndirib.

Onun sözlərinə görə , dövlət proqramı ilə indiyədək 3 min tələbə xarici ölkələrdə yüksək ali təhsil ocaqlarında oxuyublar. “Lakin onlardan neçə faizi Azərbaycana dönüb, heç kim bilmir. Təklif edirəm ki, bununla bağlı Milli Məclisdə bir hesabat verilməlidir. Eləsi var ki, tibb təhsili alıb ancaq geri dönməyib və xarici ölkədə yuxarı maaşlı xəstəxanalarda işləyir. Azərbaycana gəlmir ki, burada maaş aşağıdır. Belə olmaz axı. Dövlət sənə bu xalqın vergisi ilə sərmayə yatırıb xaricdə oxutdurub və sən də gəlmək istəmirsən. Bu xalqa xidmət göstərmək istəmirsən. Səni dövlət bu xalqın pulu ilə oxutdurub. Əvvəl gərək sən bu xalqın rifahı üçün çalışasan. Dediklərim təkcə tibb sahəsində oxuyanlara aid deyil. Digər sahələrdə təhsil alanların da neçə faizi azərbaycana dönüb bilən yoxdur”- deyə o bildirib.

S.Novruzov təklif edib ki, xaricdə təhsil alanlarla bağlı müqavilə imzalanmalıdır. “Müqavilə ən azı 10 il müddətinə imzalanmalıdır. Təhsil alan şəxs 10 il Azərbaycanda işləsin. Sonra hara istəyir getsin”.