Amerikada bakalavr təhsili almaq istəyən gənclərimiz niyə Proqramdan faydalana bilmir?

Artıq bir neçə ildir ki, ölkəmizdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” icra olunur. Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Bildirildiyinə görə, Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir.

Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icrasının maliyyələşdirilməsini Azərbaycan Respublikasının Dövlət Neft Fondu təmin edir.Əsas icraçı orqan isə Təhsil Nazirliyidir. Eyni zamanda prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısının hazırlanması ilə Təhsil Nazirliyi məşğul olur.Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurlarının müəyyən edilməsi isə Nazirlər Kabinetinin səlahiyyətindədir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ölkə rəhbərliyinin təhsil sahəsində ən parlaq və gələcəyə hesablanmış addımlarından biridir.Bu, insan inkişafına yatırılan uğurlu bir sərmayədir. Bu sahədə Dövlət Proqramının İdarəetmə Qrupu sənədin icrası sahəsində xeyli iş görüb və bu məqam yüksək qiymətləndirilməlidir.

“2022-2026 Dövlət Proqramı” ilkin dövrdə icra ediləməyə başlayanda tələbələrimzin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsi sahəsində xeyli iş görülmüşdü. Lakin çox təəssüf ki, sonradan Dövlət Proqramına uğursuz və özünü doğrultmayan subyektiv və dövlət başçısınını sərəncamı ilə nəzərdə tutulmayan düzəlişlər edilməyə başlanıldı. Onlardan birinci məqam ondan ibarətdir ki, Dövlət Proqramının xarici universitetlər siyahsının bakalavr pilləsindən nədənsə ABŞ və Kanada ali təhsil müəssisələri əksəriyyəti çıxarıldı. Halbu ki, Amerika və Kanada universitetləri ən keyfiyyətli təhsil verən təhsil ocaqlarndan biri hesab edilir.

Dövlət Proqramı icra ediləməyə başlayan ilk illərdə bu sənəddə ABŞ və Kanada universitetlərinin bakalavr pilləsi var idi. Bu baxımından ABŞ və Kanada universitetlərinin Dövlət Proqramından indi çıxarılması ciddi suallar doğurur. Lakin bu azmış kimi bununla paralel şəkildə siyahıda Rusiya ali məktəblərinin sayının daha da artması digər bir təəssüfedici addım oldu. Günü-gündən beynəlxalq aləmdən təcrid edilən, təhsil və sosial standartları sürətlə aşağı düşən Rusiya və onun universitetlərinə Dövlət Proqramında daha çox yer ayırmaq hansı zərurətdən yaranıb? Ola bilər ki, Təhsil Nazirliyi və digər müvafiq qurumlar deyəcək ki, Şimali Amerikada təhsil daha bahalıdır, nəinki Rusiyada.

Amma bu kökündən səhv yanaşmadır, həm sırf təhsil, həm də siyasi baxımından. Düşünürük ki, bir Azərbaycanlı gənci Amerikada oxutdurmaq daha faydalıdır, nəinki üç nəfər tələbəmizi Rusiyaya göndərmək. Hələ gec deyil, bu yanlışlığı düzəltmək və Amerika və Kanada ali məktəblərinin bakalavr səviyyəsinin qapılarını bizim istedadlı gənclərin üzünə açmaq lazımdır. Nəzərə almaq lazımdır ki, 5-10 il öncə məhz ABŞ və Kanadada təhsil alıb qayıtmış gənclərimiz bu gün Azərbaycanın dövlət idarəetməsi, biznes, elm və digər sahələrində aparıcı mövqelər tutublar.

Elə hörmətli Elm və Təhsil nazirimiz Emin Əmrullayevin özü də ABŞ-ın Kolumbiya uinvestitetinin məzunudur.Bizim digər yüksək vəzifəli gənclərimiz də təhsillərini məhz Qərbdə başa vurublar. Aydındır ki, Amerika universitetlərinin məzunları daha irəliyə gedir və uğur qazanırlar, nəinki Rusiya ali məktəblərini bitirmiş gənclər. Bu baxımdan Dövlət Proqramı siyahısınının bakalavr səviyyəsindən Amerika və Kanada univesitetlərinin çıxarılması və Rusiya ali məktəblərinin çoxalması anlaşılmazdır.

Sual yaradan digər məqam isə kvota ilə baglıdır. Belə ki, rəsmi məlumata görə Dövlət Proqramında hər il 400 tələbə üçün yer ayrılır. Onlardan cəmi 80 nəfər bakalavr, 320 nəfər isə magistr pilləsi üçün nəzərdə tutulur. Lakin Təhsil Nazirliyi nümayəndələrinin açıqlamasına görə, son qəbul zamanı bakalavr pilləsi üçün 80 nəfərlik kvota tam dolmuş, lakin 320 nəfərlik magistr kvotası isə dolmamışdır. Bu o deməkdir ki, bu gün gənclərimiz arasında bakalavr pilləsinə daha böyük təlabat var, nəinki magistr.

Bunu nəzərə alaraq kvota faizini bir qədər bakalavr pilləsinin xeyirinə dəyişmək məntiqli və düzgün olardı.Magistr pilləsində boş yerlə qalmaqdansa, bu kvotanı bakalavr pilləsinə vermək ədalətli və əsaslandırılmış qərar olardı. Əgər müvafiq qaydalarda belə bir bölgü əks olunubsa, bunu bir daha nəzərdən keçirmək mümkündür. Bu qayda ölkənin əsas qanunu deyil və onu günün tələbinə uyğunlaşdırmaq Nazirlər Kabineti və Təhsil Nazirliyinin öhdəsinə düşür.Görünən odur ki, bakalavr pilləsinə daha ciddi təlabat var, nəinki magistr pilləsinə. Bu baxımdan faiz bölgüsü 50/50 olsa daha düzgün olar.

Çox ümidvarıq Təhsil Nazirliyi, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və digər aidiyyatı qurumlar yuxarıda deyilənləri nəzərə alacaq və Dövlət Proqramının 2025-26 tədris ili üzrə qəbulu yenilənmiş qaydalar çərçivəsində baş tutacaq.

 

 

Zəfər Əliyev

Gununsesi.info