Xaricdəki səfirləri Lukaşenkoya qarşı çıxır

  • By admin
  • 17 Avqust 2020 10:25

 

Belarusun Slovakiyadakı səfiri İqor Leşenya Belarusun Naşa Niva mediası tərəfindən yayımlanan videoda nümayişçilərə dəstək bildirib.

“Mən Belarus şəhərlərinin küçələrində səslərinin eşidilməsi üçün dinc nümayişlərə gələn etirazçılarla həmrəylik bildirirəm”, o deyib.

Belaruslar paytaxt Minskdə seçki rəsmilərinin ölkəni uzun müddətdir idarə edən avtoritar prezident Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilmiş prezident seçkisində 80 faizdən çox səs alaraq qələbə çaldığını elan etməsindən sonra artıq 8-ci gündür etiraz nümayişləri keçirir.

Belarus seçki rəsmiləri əsas müxalif namizəd Svetlana Tixanovskayanın səslərin 9.9 faizini aldığını elan edib.

Tixanovskaya bazar günü Minskin mərkəzində “Azadlıq marşı” keçirməyə çağırıb.

İstefa tələbləri ilə hakimiyyəti üçün ən ciddi sınaqla qarşılaşan Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti apararaq, Moskvadan yardım istəyib. Lukaşenko vəziyyətin “təkcə Belarus üçün təhlükəli olmadığını” deyib.

Daha sonra o, hərbi rəhbərlərə Putinin “Belarusun təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli yardım” təklif etdiyini bildirib.

Kremlin açıqladığı bəyanatda prezidentlərin Belarusdakı problemlərin tezliklə həll olunmalı və ölkələr arasında əlaqələrin möhkəmləndirilməli olduğu ilə bağlı razılıq əldə etdiyi bildirilib.