Bakının Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Buna səbəb sözügedən yolda aparılacaq təmir işləridir.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.













