Xarici diplomatlar Ağdamda törədilmiş dağıntıları müşahidə ediblər – YENİLƏNİB + FOTO

  • By admin
  • 13 İyun 2021 15:28

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

15:02

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov qonaqlara burada erməni vandalları tərəfindən törədilmiş vəhşiliklərdən və dağıntılardan danışıb.

Səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

Gununsesi.info