Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri bu gün Kəlbəcərə səfər çərçivəsində “İstisu” mineral su zavodunda olub.
Gununsesi.info xəbər verir ki, qonaqlar müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.
Diplomatlara məlumat verilib ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehsal etməyə başlayıb.