Xarici dövlətlərin Azərbaycandan almaq istədikləri- MƏHSULLAR

Xarici dövlətlərin Azərbaycandan almaq istədikləri

2018-ci ilin fevral ayı ərzində “Azexport.az” portalına 37,6 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Gununsesi.info İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üzrə hesabatına istinadən bildirir ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 28 fevral tarixinə kimi “Azexport.az” portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 mln. ABŞ dolları təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin fevral ayında ən çox ixrac sifarişi şərab, fındıq ləpəsi, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü, zəfəran, göbələk, qənnadı məhsulları, meyvə tamlı süd, şəkər tozu, toyuq yumurtası, kərə yağı, süd məhsulları, tibbi tənzif, tikinti kərpici, yataq dəsti, konservləşdirilmiş ət, buğda unu  və s. mallara olub.

Gununsesi.info

COMMENTS