Xarici ekspertlər Saakaşvili üçün Gürcüstana gəlir

Amerikalı tibbi ekspert Mixail Saakaşvilinin sağlamlıq vəziyyətini öyrənmək üçün Gürcüstana gəlib. Yaxın saatlarda isə isveçrəli ekspertin də gəlişi gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib.

HTML tutorial

Hüquq müdafiəçisi əlavə edib ki, artıq amerikalı tibbi ekspert və Mixeil Saakaşvilinin vəkilləri arasında görüş baş tutub.

“Onların məqsədi gürcü ekspertlərlə birgə iş prosesinə qoşulmaq və yekunda Mixail Saakaşvilinin səhhəti ilə bağlı məhkəməyə təqdim edilməli olan tibbi rəy yazmaqdır. Ekspertizanın peşəkarlığı və qərəzliliyi ilə bağlı lazımsız suallar yaranmasın deyə, bu məsələni qaldırdıq. Bildiyiniz kimi, bu məsələyə münasibətdə Gürcüstan iki yerə bölünüb, bu da məhkəmə prosesi və ədalət prinsipinin həyata keçirilməsinə mane olur. Qeyd edilən prinsipləri qorumaq üçün biz dünyanın ən nüfuzlu ekspertlərini ölkəmizə dəvət etmişik”, – deyə Şalva Xaçapuridze vurğulayıb.

Xarici ekspertlərin sabah, “Viva Med” klinikasında sabiq prezident Mixail Saakaşvili ilə görüşü planlaşdırılır.

Gununsesi.info