Xarici görünüşünü tənqid etdiyi üçün  ərini bıçaqladı

  • By admin
  • 13 Yanvar 2023 15:56

Rusiyalı qadın illərlə xarici görünüşünü tənqid etdiyi üçün  ərini bıçaqlayaraq öldürüb.

Gununsesi.info  Rusiya mediasına istinadən bildirir ki, Kalininqradda yaşayan qadın bu cinayətə Milad ərəfəsində əl atıb.

Qadın cinayət törətdikdən sonra intihara cəhd etsə də  sonradan kömək üçün qonşularına müraciət edib və qətli törətdiyini etiraf edib.

Çağırılan həkimlər rusiyalını reanimasiya şöbəsinə aparıb, onun 11 və 5 yaşlı iki uşağını isə  qəyyumluq orqanı aparıb.

İstintaqa ifadəsində  qadın illərlə artıq çəkisini və çatışmazlıqlarını dilə gətirən ərindən şikayətlənib.

 

Tərcümə:

Adil Elxanoğlu