Xarici investisiyaların həcmində artım var

  • By admin
  • 06 İyul 2017 16:16

invetsis

2017-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyatına qoyulan xarici investisiyaların həcmi 3.5 milyard manat olub.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisə də xarici investisiyaların həcmi 2.8 faiz artıb. Artım əsasən, enerji sektorunda müşahidə edilir.

Statistikaya görə, həmin vəsaitin 85 faizi və ya 3.028 milyard manatı Birləşmiş Krallıq, Türkiyə, Malaziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Vüsalə 

Gununsesi.info