Xarici işlər naziri Fidan sabah 22-ci Doha Forumunda iştirak edəcək

Xarici işlər naziri Hakan Fidan sabah başlayacaq 22-ci Doha Forumunda iştirak edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə, sabah Rusiya və İran XİN rəhbərlərinin iştirakı ilə Astana formatında Xarici İşlər Nazirlərinin Görüşünün keçirilməsi planlaşdırılır.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidanın burada müxtəlif sessiyalara qatılacağı və çıxışlar edəcəyi gözlənilir.

Onlar dünya liderləri, siyasətçiləri və ekspertləri Forumda geosiyasi gərginlik, qlobal təhlükəsizlik, humanitar böhranlar və texnoloji inkişafları müzakirə etmək üçün bir araya gələcəklər.

Orxan Saffari

Gununsesi.info