Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı it dişləyib.
Gununsesi.info xəbər verir ki, nazir bu barədə özü paylaşım edib.
Kuleba itləri ilə gəzdiyini yazıb. Bu zaman onlara ipsiz və ağızlıqsız gəzdirilən “böyük qəribə it” hücum edib.
Ukraynalı nazir əlavə edib ki, xəstəxanaya getməli olub. O, sosial şəbəkədəki səhifəsində dişləmə izləri olan qanlı ayağın fotosunu əlavə edib.
Kuleba itlərinin vəziyyətini və hər hansı xəsarət alıb-almadığını açıqlamayıb.
Gununsesi.info