Xarici İşlər Nazirliyi: Almaniya Qarabağdakı qondarma “seçkilər”i tanımır

  • By resul
  • 15 Sentyabr 2023 08:37

Almaniya Federal Hökuməti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Almaniya hökuməti Qarabağdakı müstəqilliyi və “seçkilər”i tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan arasındakı münaqişənin davamlı həlli üçün səylər göstərir”, – bəyanatda qeyd edilir.

XİN bildirib ki, Berlin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır.

Arzu
Gununsesi.info