Xarici İşlər Nazirliyində qeyri-rezident səfirlər qəbul edildi

  • By admin
  • 25 Yanvar 2018 16:04

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Çili Respublikası (mənzil qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, görüşdə ölkəmizin sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info