Xarici işlər nazirinin yeni müavinləri təyin edilib

  • By admin
  • 18 Yanvar 2018 12:42

Xarici İşlər Naziriliyindəki yeni struktura əsasən yeni müavinlər təyin edilib.

Gununsesi.info “Tehran Times”a istinadən xəbər verir ki, İran xarici işlər naziri Mühəmməd Cavad Zərifi struktur dəyişikliyi əsasında yeni müavinlərinin adlarını açıqlayıb.

Bu barədə məlumat verən XİN sözçüsü Bəhram Qasimi bildirib ki, Abbas Araqçı siyasi məsələlər üzrə, Qulamrza Ansari iqtisadi məsələlər, Qulanhüseyn Dehqani hüquq və beynəlxalq məsələlər, Hüseyn Pənahi ekspatriontlar və parlament məsələləri, Motezu Sarmadi ikinci müavin qismində nazir müavinləri təyin olunublar.

Bəhram Qasımi də ictimai diplomatiya və media mərkəzin rəhbəri vəzifəsinə təyinat alıb.

Nazir Mühəmmədkazım Səccadpuru siyasi və beynəlxlq araşdırmalar mərkəzinin direktoru, Mühəmməd Təki Saberi maliyyə və administrativ məsələlər üzrə nazir müavini, Hüseyn Caberi Ansari isə nazirin xüsusi və siyasi məsələlər üzrə köməkçisi, Həsən Qaçqayini isə müşaviri təyin edib. Bu posta təyinat alanlar yanvarın 21-dən etibarən öz fəaliyyətlərinə başlayacaqlar.

Gununsesi.info