Xarici işlər nazirlərinin yeni görüşü hazırlanır

  • By admin
  • 09 Fevral 2023 14:05

Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşünün təşkili üzərində iş gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Biz mövcud stabilləşdirmə tədbirləri çərçivəsində gələcək hərəkət üçün platformalar və formatın təmin edilməsi baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”, – Ryabkov bildirib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən gün bəyan etmişdi ki, erməni tərəfi üçtərəfli görüşə hazırdır.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı nazirlərin Moskvada planlaşdırılan üçtərəfli görüşündə iştirak etməməkdə günahlandırmışdı.

Gununsesi.info