Xarici İşlər Nazirliyinin binasında partlayış oldu

Əfqanıstanın Xarici İşlər Nazirliyinin (XİN) binasına terrorçu-kamikadze girməyə cəhd edib.

Gununsesi.info xəbər verir ki, bunu Taliban hökumətinin Əhmədullah Müttəki paytaxtda baş verən partlayışı şərh edərkən deyib.

Müttəki bildirib ki, özü də Xarici İşlər Nazirliyindədir. Onun sözlərinə görə, terror qruplaşması nazirliyə girməyə cəhd edib, lakin mühafizəçilər bunu anlayıb. Daha sonra terrorçu özünü partladıb.

Bildirilir ki, partlayış nəticəsində 20-yə yaxın insan yaralanıb və ölüb.

Bundan əvvəl nazirliyin binasının girişində partlayış olması barədə məlumat yayılıb. Hadisə yerində atışma səslərinin də eşidildiyi bildirilir.

Gununsesi.info