Xarici ölkələrdəki diplomatik nümayəndəliklərin sayı açıqlandı

  • By admin
  • 07 May 2022 14:31

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub.

Gununsesi.info