2018-ci ildə xarici şok baş verməsə manatın məzənnə sabitliyi qorunacaq.
Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.
O qeyd edib ki, cari il milli iqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması kimi yadda qalacaq. Bank sədrinin sözlərinə görə, cari ildə manatın məzənnəsi sabitləşib: “Mərkəzi Banka cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciətlər edilməyib. 2017-vi ildə orta illik inflyasiya 13,7 faiz təşkil edib”.
O, həmçinin əlavə edib ki, son zamanlar bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin artması inflyasiyanın azalmasına mane olub: “Bu təkcə bitkiçilik deyil, heyvandarlıq məhsulları üzrə də baş verib”.
E.Rüstəmovun sözlərinə görə, milli valyutanın xarici dəyəri sabitləşib: “Məzənnənin sabitliyinin dayanıqlığı 2018-ci ildə də diqqət mərkəzində olacaq, xarici şok baş verməsə məzənnə sabitliyi qorunacaq”.
Mürtəza
Gununsesi.info