

Bu ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.33 faiz artıb.
Gununsesi.info bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatında bildirilir ki, bu ilin yanvar-aprel aylarında ticarət əməliyyatlarının həcmi 5.6 milyard dollar təşkil edib. İdxal əməliyyatlarının həcmi 2.1 milyard dollar olmaqla, ötən ilin yanvar-aprel ayları ilə müqayisdə 15.5 faiz azalıb. İxras əməliyyatları isə 3.4 milyard dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.1 faiz artıb.
Beləliklə, 4 ayın nəticələrinə görə, xarici ticarət dövriyyəsində 1.2 milyard dollarlıq müsbət saldo yaranıb.
Vüsalə
Gununsesi.info