Xarici ticarət dövriyyəsi 22.6 faiz azalıb - Dövlət Gömrük Komitəsi

  • By admin
  • 17 Oktyabr 2016 17:00

xaric

2016-ci ilin 3 rübü ərzində xarici ticarət dövriyyəsi 12 milyard 742 milyon dollar təşkil edib.

HTML tutorial

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, xarici ticarət dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 22.6 faiz azalıb.

Məlumata görə, idxal əməliyyatları 6.2 milyard dollar olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 5.9 faiz azalıb.

Ölkədən ixrac olunan məhsulların həcmi isə 6.54 milyard dollar olmaqla, 33.8 faiz azalma müşahidə edilir.

Ticarət əməliyyatları üzrə saldo isə müsbət 340 milyon dollar təşkil edib.

Vüsalə Rüstəmova

Gununsesi.info