Azərbaycanın xarici ticarət dövriyyəsi 16.8 faiz artıb.
Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yanvar ayında ticarət əməliyyatlarının həcmi 1 milyard 254 milyon dollar olub.
Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.8 faiz atrım deməkdir. Nəticədə, son iki ilin azalmasından sonra ticarət əməliyyatları müsbətə doğru irəliləyib.
Məlumata görə, ötən ay idxal əməliyyatların həcmi 450.05 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 faiz artıb.
İxrac əməliyyatları isə 804.6 milyon dollar təşkil edib. Burada artım isə 25.7 faiz olub.
Beləliklə, ticarət dövriyyəsində 345.5 milyon manatlıq müsbət saldo yaranıb.
Vüsalə Rüstəmova
Gununsesi.info