Xarici ticarət dövriyyəsi 25.7 faiz artıb

  • Müəllif: admin
  • 13 Aprel 2018 16:04

Bu ilin birinci rübündə xarici ticarət dövriyyəsinin həcmi 25.7 faiz və ya 1 milyard 427 dollar artıb. Gununsesi.info bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-mart ayları ərzində xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 546 milyon dollar olub. Onun 3 milyard 355 milyon dolları ixracın, 2 milyard 191 milyon dolları isə idxal əməliyyatlarının payına düşür.

Xarici ticarətin saldosu 1 milyard 163 milyon dollar təşkil edib.

Qeyd edək ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə 22.3 faiz,, idxal isə 31 faiz artıb.

Birinci rübdə əsas ticarət tərəfdaşlarımız olan dövlətlər İtaliya, Türkiyə, Rusiya, Almaniya və İsrail təşkil edir.

 

Vüsalə

Gununsesi.info