Xaricilərin Ayasofyaya girişi ilə bağlı yeni QAYDALAR – Nazir AÇIQLADI

  • By admin
  • 31 Oktyabr 2023 13:24

Xarici vətəndaşlar Ayasofyaya daxil olmaq üçün pul ödəyəcəklər

Türkiyənin mədəniyyət və murizm naziri Mehmet Nuri Ərsoy 15 yanvar 2024-cü il tarixindən etibarən xarici turistlərin Ayasofyaya girişinin ödənişli olacağını bildirib.

Gununsesi.info xəbər verir nazir  bərpa işləri davam edən Ayasofya məscidi ilə bağlı açıqlamalar verib.

Nazir Ərsoy YUNESKO-nun tövsiyəsi ilə ziyarətçilərin idarə olunması planının 15 yanvar 2024-cü il tarixindən etibarən həyata keçiriləcəyini və bu tarixdən etibarən xarici turistlərin Ayasofyaya girişi üçün ödəniş etməli olacaqlarını bildirib.

Ərsoy giriş haqqının hələ müəyyən edilmədiyini bildirib.

“YUNESKO-nun tövsiyəsi ilə biz 2024-cü il yanvarın 15-dən ziyarətçilərin idarə olunması planını həyata keçiririk. Tətbiqlə ziyarət keyfiyyəti və təhlükəsizliyi artacaq. Sıxlıq onu müxtəlif marşrutlara paylamaqla idarə olunacaq. Biz xarici vətəndaşların turistik və mədəni məqsədlərlə səfərləri üçün giriş qapısını dəyişdiririk”, – deyə o bildirib.

Nazir deyib ki, yanvarın 15-dən etibarən xarici vətəndaşların Ayasofyaya girişi ödənişli olacaq.”Türkiyə vətəndaşlarının ibadət məqsədi ilə etdikləri ziyarətlər keçmişdə və bu gün olduğu kimi pulsuz olacaq”, – deyə o əlavə edib.

Nazir Ayasofyaya giriş qiymətinin hələ dəqiqləşdirilmədiyini deyib. Qiymətlərin gələn ilin yanvarın 15-dək açıqlanacağı bildirilib.

Gununsesi.info