“Xarkov “Qrad” atəşinə tutulub, onlarla ölən var” - UKRAYNA DİN

  • By admin
  • 28 Fevral 2022 15:50

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Gununsesi.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.

 

Gununsesi.info