Bu gecə Bakı vaxtı ilə 00.30 radələrində Rusiya Ukraynanın şərqindəki Xarkov şəhərini raket atəşinə tutub.
Gununsesi.info xəbər verir ki, hücumlar zamanı uzun müddətdir cəbhə xəttində Rusiya-Ukrayna müharibəsini izləyən və məlumatlar hazırlayan “Anadolu” agentliyi müxbirlərinin qaldığı Park Hotelə iki raket düşüb.
Partlayış nəticəsində otelin yuxarı mərtəbələri dağıdılıb, bina alovlanıb.
“Anadolu” müxbiri Davit Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl dağılan və qəfil alovlar içində qalan oteldən öz imkanları ilə çıxa bilib. Reportyor Kaçkaçişvilinin əllərində kiçik kəsiklər olub.
Səhhətləri yaxşı olan fotojurnalist Kızıl və müxbir Kaçkaçişvilinin müayinəsi üçün təcili yardım maşını ilə xəstəxanaya göndərilib.
Hücumda komandanın istifadə etdiyi avtomobil otelin yaxınlığındakı bir çox digər maşın kimi zədələnərək, yararsız hala düşüb.
Gununsesi.info